Kriştiano Ronaldo "Real" rəhbərliyinə komandada görmək istədiyi futbolçunun adını təqdim edib.
Fanat.Az "Diario Gol"a istinadən xəbər verir ki, "İnter"dən Mauro İkardinin alınmasına etiraz edən porutaqliyalı ulduz həmyerlisi Andre Silvanın transferini istəyib.
Qeyd edək ki, Andre Silva bu yay "Portu"dan "Milan"a 38 milyon avroya transfer olunub. 22 yaşlı hücumçu A Seriyasında meydana çıxdığı 9 oyunda qol vura bilməsə də, Avropa Liqasında keçirdiyi 10 oyunda 8 dəfə fərqlənib.
Fanat.Az