Qış fasiləsində "Arsenal"dan ayrılacaq Məsut Özilin oynamaq istədiyi klubun adı açıqlanıb. Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Almaniya yığmasının türk əsilli üzvü "Barselona"da yox, "Mançester Yunayted"də oynamaq istəyir.
Arsen Vengerin israrla "Arsenal"da saxlamaq istədiyi Məsut klubun həftəlik 325 min funt-sterlinqlik maaş təklifini rədd etmişdi. "Liverpul"dan Filip Kountinyonun transferini həll edə bilməyən "Barselona"nın da onu heyətinə qatmaq istədiyi bildirilir.
Lakin Məsut yaxın ətrafına Kataloniyaya getməkdənsə, Joze Mourinyonun çalışdırdığı "Mançester Yunayted"də oynamaq istədiyini deyib. Maraqlıdı ki, Özil "Real"dan məhz portuqaliyalı mütəxəssislə yola getmədiyi üçün ayrılmışdı.
Qeyd edək ki, "Real" 2010-cu ildə "Verder"dən 18 milyon avroya aldığı türk futbolçunu 2013-cü ildə "Arsenal"a 47 milyon avroya satmışdı.
Fanat.Az