Türkiyənin həvəskarlar liqasında çıxış edən "Biga Adaspor"la bağlı maraqlı tendensiya hökm sürür. Fanat.Az xəbər verir ki, Çanaqqala klubu keçirilən turun sayı qədər qol vurub.
Belə ki, "Biga Adaspor" VIII turda "Kepezspor"u 8:0, IX turda "Küçükkuyu Gənclərbirliyi"ni 9:0, X turda "Arslanspor"u 10:0 hesabı ilə yenib.
Futbol tarixində ilk dəfə qeydə alınan hadisəni şərh edən klub prezidenti Zeki Mutlu "Vurulan qolların hamısının bir məqsədi var. Türkiyədə bir rekord sınadıq və bacardıq. Bu ölkəmizdə qırılmayan bir rekorddu və istəyərək etmişik. Hər kəsə örnək olmaq istədik. Oyunçulara uğurlarına görə iki mükafat verdik" deyib.
Fanat.Az