"Beşiktaş" heyətinə daha bir ulduz futbolçu qatmaq istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Mançester Yunayted"dən Juan Matanı hədəfə alıb.
İspan ulduzun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq. "Beşiktaş" onu "10 nömrə" mövqeyinə transfer etməyi planlaşdırır. Artıq İstanbul klubu Mata ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Mata 2014-cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə 44,73 milyon avroya transfer olunub.
Fanat.Az