"Real"la müqaviləsi 2021-ci ildə başa çatacaq Kriştiano Ronaldo ilə bağlı yeni xəbərlər yayılıb. Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz özü karyerasını Madrid klubunda bitirmək istədiyini bildirsə də, fərqli iddialar ortaya atılır.
Bildirilir ki, Ronaldo "Real" rəhbərliyindən yeni müqavilə təklifi gözləyir. Amma klub prezidenti Florentino Peres hazırda 32 yaşı olan futbolçu ilə hələlik danışıqlara başlamaq barədə düşünmür. Ronaldo isə bu vəziyyətdən narazıdı və komandadan getmək istəyir.
"Diario Gol"un iddiasına görə, artıq "Real" rəhbərliyi Ronaldoya mesaj da göndərib. Bildirilib ki, 200 milyon avro gətirəcəyi halda klub onunla yollarını ayırmağa hazırdı.
Fanat.Az