"Arsenal"la müqaviləsinin müddətini artırmağa heç cür razılaşmayan Aleksis Sançesdən xəbər var. Fanat.Az xəbər verir ki, müqaviləsi yayda başa çatacaq çilili futbolçuya Çindən təklif gəlib.
"The Sun"un xəbərinə görə, Çinin "Hebei China Fortune" klubu Sançesə həftəlik 400 min funt-sterlinq, illik vergilər xaric 21 milyon funt-sterlinq maaş təklif edib. Lakin ulduz futbolçu təklifi qəbul etməyib.
Bildirilir ki, Sançes təklifi Avropada qalmaq istəyinə görə rədd edib. Onun "Arsenal"dan ayrılaraq "Barselona"da birlikdə çalışdığı Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti"yə keçmək istədiyi deyilir.
Qeyd edək ki, "Arsenal" Sançesi 2014-cü ildə "Barselona"dan 42,5 milyon avroya alıb.
Fanat.Az