Arda Turanla bağlı hər gün fərqli iddialar ortaya atılır. Avropada "Monako" və "Arsenal" iddiaları ilə yanaşı, onun Türkiyəyə dönəcəyi deyilir. Bir müddət əvvəl "Qalatasaray"a qayıdacağı deyilsə də, Fatih Terimin dönüşündən sonra bu məsələ artıq qapanıb. İndi onun adı "Beşiktaş", "Trabzonspor" və "Başakşəhər"lə yanaşı çəkilir.
Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatı Ardanın yaxın dostlarının "Türkiyədə "Qalatasaray"dan başqa klubda oynayarsan" sualına cavab verdiyini. Milli üzvünün suala konkret cavab verdiyi qeyd olunur.
Bildirilir ki, Arda suala cavabında "Hazırda "Qalatasaray"ın futbolçusu deyiləm, amma hər zaman azarkeşiyəm. O kluba və rənglərinə bağlıyam. Bu səbəbdən Türkiyədə "Qalatasaray"dan başqa bir klubda oynamağım mümkün deyil. haqqımda yazılanlara inanmayın" deyib.
Fanat.Az