"Livepul" son 3 ildə "Sautqempton"a 170,5 milyon funt-sterlinq ödəyib. Fanat.Az xəbər verir ki, "qırmızılar" bu illər ərzində Premyer Liqadakı rəqiblərindən 6 futbolçu alıblar.
Bu günlərdə "Sautqempton"dan holland Virgil van Diyki 75 milyon funt-sterlinqə alan "Livepul" tarixin ən bahalı müdafiəçi transferini reallaşdırıb.
Bu alman Yurgen Kloppun başçılıq etdiyi klubun "Sautqempton"dan son 3 ildə aldığı 6-cı futbolçu və xərclədiyi 170,5 milyon funt-sterlinq olub.
2014-cü ilin yayında bu klubdan Adam Lallana, Deyan Lovren və Rikki Lambertı 49 milyon funt-sterlinqə transfer edən "Liverpul" 2015-ci ilin yayında 12,5 milyona Nataniel Klineni almışdı. "Qırmızılar" ötən yayda eyni klubdan 34 milyon funt-sterlinqə Sadio Maneni transfer etmişdi.
Fanat.Az