PSJ-nin ulduzu Angel Di Mariya İspaniyaya qayıdır. Fanat.Az xəbər verir ki, heyətə düşməkdə çətinlik çəkən argentinalı futbolçu komandanı tərk etmək qərarına gəlib.
PSJ də onun getməsinə razıdı. Neymar və Kilian Mbappe transferinə 400 milyon avrodan çox pul xərcləyən Paris klubu "Maliyyə Fair-Playı"ı qaydalarında "ilişməmək" üçün bəzi futbolçularını yola salmaq niyyətindədi. Fransızlar Di Mariyanı satmaqla vəziyyəti düzəltmək istəyir.
PSJ-nin baş məşqçisi Unay Emeri bu mövsüm onu cəmi 4 oyunda 90 dəqiqə meydanda saxlayıb. Bu isə argentinalı futbolçunun narazılığına səbəb olub. O, bir müddət əvvəl müsahibəsində "Start heyətində yer almağa layiqəm" deməklə etirzını bildirmişdi.
İddialara görə, Di Mariyanı "Barselona" heyətinə qatmaq istəyir. ESPN xəbər verir ki, Kataloniya klubu PSJ-yə 45 milyon avro ödəyəcək, futbolçunun özü isə illik 15 milyon avro maaş alacaq.
Qeyd edək ki, Di Mariya 2010-2014-cü illərdə "Real"da çıxış edib. "Kral Klubu" "Benfika"dan 33 milyon avroya aldığı futbolçunu "Mançester Yunayted"ə 75 milyon avroya satmışdı. PSJ isə onu 2015-ci ildə 63 milyon avroya alıb.
Fanat.Az