"Real"ın futbolçusu Kriştiano Ronaldo "Sky İtalia"ya müsahibə verərək əfsanəvi italyan futbolçu Alessandro Del Pyeronun suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz karyerasını bitirdikdən sonrakı həyatı ilə bağlı danışıb.
"Bir təbii ki, futboldan gedəcəm. Ondan sonra da gözəl bir həyatım olacaq. Çoxlu pulum olduğu üçün bunu demirəm. Yeni təcrübələr yaşayacağım üün deyirəm. Karyeramı bitirdikdən sonra öz işimi qurmaq istəyirəm. Filmlərə çəkilmək istəyirəm, aktyor ola bilərəm. Bir də iş adaı olmağım mümkündür. Öz otellərimin, idman salonlarımın olmasını istəyirəm. Gələcək planlarını 27-28 yaşımdan hazırlamağa başlamışam" deyib.
Fanat.Az