Millimizin futbolçusu Dəniz Yılmazın "Gənclərbirliyi"nə keçidi rəsmiləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dəniz Yılmaz mövsümün ilk yarısını "Bursaspor"da keçirib. Bursa təmsilçisi onunla yolları ayırdığını bu gün rəsmən açıqlayıb. D.Yılmazın sabah Türkiyə kubokunda məhz "Bursaspor"a qarşı matçda debüt edəcəyi gözlənilir.
"Gənclərbirliyi" Türkiyə superliqasının turnir cədvəlində 14 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.Az