İspaniyanın "Ximnastik" klubunda çıxış edən Eddi İsrafilov səhhəti ilə bağlı problemlə üzləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin üzvünün çiynindəki zədə artıq sağalıb, hazırda bərpa prosesi gedir. Ancaq bununla yanaşı, İsrafilovun ürək-damar sistemində də müalicə aparılır. Onun kollektivlə birlikdə məşqlərə nə zaman qoşulacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Millimizin baş məşqçisi Qurban Qurbanov bu matç üçün heyəti hələ açıqlamayıb.
Fanat.Az