"Beşiktaş"ın yeni transferi Kayl Larin şəxsi həyatı ilə futbolsevərləri təəccübləndirib.
Fanat.Az xəbər verir ki, "Qartal"ın qış fasiləsində "Orlando Siti"dən transfer etdiyi futbolçu narkotik maddə istifadə etdiyi üçün həbsxanada yatdığı məlum olub. Bu gün klubla rəsmi müqaviləyə atacaq Larin ötən yay "dərman"ın təsiri altında avtomobil idarə edərkən yaxalanıb.
Türkiyə mətbuatının yazdığına görə Orlandodakı Florida avtomagistralında əks yla daxil olan və sürətli şəkildə avtomobil sürən Larin polislər tərəfindən dayandırılıb. Yoxlamalardan sonra futbolçu narkotik maddənin təsiri altında maşın sürdüyü üçün həbs olunub.
Alkoqol-narkotik istifadəsi iddiası ilə qarşı-qarşıya qalan 22 yaşlı futbolçu bir müddət həbsxanada qalıb. Ardından komandasının oyunlarına bir müddət fasilə verib.
Fanat.Az