"Real” böhran içindədi. Amma bunun müvəqqəti olduğunu düşünürəm”. Fanat.Az xəbər verir ki, bunu "FourFourTwo”ya açıqlamasında Madrid təmsilçisinin xorvat yarımmüdafiəçisi Luka Modriç deyib.
Orta xətt oyunçusu əlavə edib: "Komandamızın ustalığına heç vaxt şübhəm olmayıb. Əminəm ki, doğru hədəflərə doğru irəliləyə biləcəyik. İspaniya çempionu titulunu qorumaq və Çempionlar Liqasının baş mükafatını qazanmaq istəyindəyik”.
Fanat.Az