İtaliya A seriyasının 24-cü turunda baş tutan "Fiorentina” – "Yuventus” oyunu Canluici Buffon üçün xüsusi önəm daşıyıb.
Fanat.Az xəbər verir ki, qonaqların canlı əfsanəsi Turin komandasında yubiley matçına çıxıb.
Belə ki, "Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə meydanda olub. Qolkiper yubiley oyununda qapısını toxunulmaz saxlamağı bacarıb. Buffon və komanda yoldaşları 2:0 hesablı qələbəyə sevinib.
Fanat.Az