Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Dəniz Yılmazın çıxış etdiyi "Gənclərbirliyi" "Trabzonspor"u qəbul edib.
Oyun 0:0 hesabı ilə yekunlaşıb. Start heyətində yer almayan millimizin üzvü 72-ci dəqiqədə Petar Skuletiçin yerinə meydana çıxıb.
Qeyd edək ki, "Gənclərbirliyi" 21 oyundan sonra 22 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.Az