Bir dönəm "Mançester Yunayted" və "Seltik"də də forma geyən sabiq irlandiyalı futbolçu Liam Miller, tutulduğu xərçəng xəstəliyinin ardından 36 yaşında həyatını itirib.
Fanat.Az xəbər verir ki, "Seltik"in yaydığı məlumatda ötən il "pankreas xərçəngi"nə yoluxan futbolçunun həyat mübarizəsini itirdiyi bildirilib və ailəsinə başsağlığı dilənib.
Qeyd edilən klublarla yanaşı "Lids", Sanderlend" və "Quens Park Reyncers"də də oynamış Miller İrlandiya yığmasında 2004-2009-cu illərdə 21 dəfə forma geyib.
Fanat.Az