Türkiyə Super Liqasında XXI tura yekun vurulub. Fanat.Az xəbər verir ki, son matçda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.
Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın heyətində 14-20-ci dəqiqələrdə Bafetimbi Qomis dubl edib, 38-ci dəqiqədə Sofian Fequli fərqləniv.
Bu qələbə ilə xalını 44-ə çatdıran Fatih Terimin komandası turnir cədvəlində ilk pilləyə yüksəlib. "Başakşəhər" 43 xalla 2-ci, "Fənərbaxça" 41 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az