Avroliqanın 1/16 final mərhələsi çərçivəsində bu gün 21:00-da baş tutacaq "Srvena Zvezda” – MOİK oyunundan öncə bədbəxt hadisə yaşanıb.
Fanat.Az "çempionat”a istinadən xəbər verir ki, Belqrada yollanan rus fanatlardan biri səhər saatlarında ölüb.
Adı və soyadı açıqlanmayan tərəfdarın rəqib azarkeşlər arasındakı hər hansı insident üzündən deyil, ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Fanat.Az