Avrokuboklarda fasilə başa çatıb. Fanat.Az xəbər verir ki, klub miqyasında qitənin futbol həyəcanına Avropa Liqası ilə yenidən start verilib.
İkinci dərəcəli klub turnirində 1/16 final mərhələsi başlayıb. Bu gecə qarşılaşma baş tutub və Moskva ÇSKA-sı Belqradda "Srvena Zvezda"nın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər 15 oyunu fevralın 15-də keçiriləcək.
Avropa Liqası
1/16 final (ilk oyun)
13 fevral
Srvena Zvezda (Serbiya) - ÇSKA (Moskva, Rusiya) 0:0
Srvena Zvezda: Stoykoviç, Saviç, Le Talek, Rodiç, Donald, Joviçiç, Krstiçiç, Radonyiç (Srniç, 78), Ben, Peşiç (Raçiç, 85), Borjan.
Ehtiyat oyunçular: Supiç, Gobelyiç, Babiç, Miliyas, Adziç.
Baş məşqçi: Vladan Miloyeviç.
ÇSKA: Akinfeyev, Fernandes, Vasin, Berezutski, Vernblum, Kuçayev, Natxo, Qolovin, Dzaqoyev, Vitinyo (Çalov, 84), Musa.
Ehtiyat oyunçular: Pomazun, İqnaşeviç, Milanov, Nababkin, Bıstroviç, Qordyuşenko.
Baş məşqçi: Viktor Qonçarenko.
Sarı vərəqələr: Berezutski, 20. Qolovin, 23.
Baş hakim: Pavel Raçkovski (Polşa).
Belqrad. "Rayko Mitiç" stadionu.
Fanat.Az