PSJ-nin prezidenti Nasser Əl-Xelayfi Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Real”dan aldıqları səfər yenilgisini (1:3) şərh edib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, ərəb başqan hakim idarəçiliyindən şikayətlənib: "Məncə, ikinci yarıda biz onlardan yaxşı oynadıq. Qol vəziyyətlərimizdən faydalana bilsəydik, hər şey başqa cür olardı. Bir epizodda Kilian Mbappe üçün ofsayd bayrağı qalxdı. Halbuki orda oyundankənar vəziyyət yox idi. Bizim futbolçulara verilən iki sarı vərəqəni də yanlış sayıram. Hakim "Real”a kömək edirdi. İndi ikinci oyun haqda düşünməliyik. Evdə - öz azarkeşlərimizin qarşısında oynayacağıq. Baş məşqçimizə və futbolçularımıza inanıram. "Real”a çətin olacaq”.
Qeyd edək ki, "Santyaqo Bernabeo"dakı görüşü italiyalı referi Canluki Rokki idarə edib.
Fanat.Az