Madrid "Real”ının yarımmüdafiəçisi Toni Kroos zədələnib.
Fanat.Az xəbər verir ki, alman futbolçu məşqdə xəsarət alıb. Onun sol diz bağlarında gərilmə aşkarlanıb. Kroosun nə vaxt sıraya dönəcəyi hələ bilinmir.
Qeyd edək ki, Toni bu mövsüm ağ futbolkada 29 oyuna çıxıb. Orta xətt oyunçusu bu görüşlərdə 4 qol və 7 məhsuldar ötürməylə yadda qalıb.
Fanat.Az