İngiltərənin "Portsmut" klubunun 6 həftəlik sahibi olan Süleyman Əl Fahim həbs olunub. Fanat.Az xəbər verir ki, buna səbəb onun həyat yoldaşının pulunu oğurlaması olub.
2008-ci ildə "Mançester Siti"inin "Abu Dhabi United Group" tərəfindən satın alınmasında da vasitəçilik edən Süleyman Əl Fahim "Portsmut"u almaq üçün arvadının 5 milyon funt-sterlinqini oğurlayıb. Məhkəmə onu 5 il azadlıqdan məhrum edib.
Qeyd edək ki, Süleyman Əl Fahim arvadının pullarını oğurlayaraq "Portsmut"u satın alıb. Lakin 6 həftə sonra onu Əli Əl Faraca satıb.
Oğurluq həyat yoldaşının bank hesabındakı əskiyi görməsindən sonra ortaya çıxıb. Bankdan istədiyi cavabı ala bilməyən qadın polisə müraciət edib. Saxtakarlıqda və fırıldaqçılıqda ittiham olunan Süleyman Əl Fahim və ona yardım edən bank müdiri 5 il azadlıqdan məhrum edilib.
Fanat.Az