Futbol tarixinin ən bahalı qapıçı transferi baş tuta bilər. Fanat.Az xəbər verir ki, "Liverpul" "Roma"dan Alissonu transfer etməklə rekorda imza atmaq istəyir.
Məlumata görə, İngiltərə klubu İtaliya təmsilçisinə qapıçı üçün 70 milyon avro təklif edəcək. Hazırda ən bahalı qapıçı Ederson hesab olunur. "Mançester Siti" braziliyalı qolkiperi yayda "Benfika"dan 40 milyon avroya almışdı.
Qeyd edək ki, "Roma" Alissonu 2016-cı ildə "İnternasional"dan 8 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 16 milyon avro qiymət qoyub. Cari mövsümdə 31 rəsmi oyuna çıxan 25 yaşlı qapıçı Çempionlar Liqasında "Qarabağ"a qarşı iki oyun keçirib. Bakıdakı oyunda "Qarabağ"ın futbolçusu Pedro Enrike onu məyus etməyi bacarmışdı.
Fanat.Az