İngiltərənin "Kryu Aleksandra” klubunun keçmiş baş məşqçisi Barri Bennell ağır cəzaya məruz qalıb.
Fanat.Az xəbər verir ki, pedofillikdə ittiham edilən məşqçiyə Liverpul məhkəməsi 31 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verib.
Onun 12 azyaşlı futbolçunu cinsi zorakılığa məruz qoyduğu aşkar edilib.
Qeyd edək ki, 64 yaşlı Bennel 1998-ci ildə də pedofilliyə görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ilin payızında isə sabiq futbolçular - Endi Vudvord, Stiv Uolters, Pol Styuart və Devid Uayt ona qarşı ittiham irəli sürmüşdülər. Onların ittihamı nəticəsində məşqçi saxlanaılaraq, haqqında araşdırmalaa başlanılmışdı.
1979-1991-ci illərdə "Mançester Siti” və "Kreve Aleksandra” klublarının gənclərdən ibarət komandalarında çalışmış Bennell 50 uşağa cinsi təcavüz etməkdə günahkar bilinirdi.
Fanat.Az