Rusiyanın "Rostov” klubu yoldaşlıq oyunu keçirib. Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Norveçin "Stabek” klubu ilə qarşılaşıb.
Oyun rusların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ayaz Quliyev də matçın iştirakçısı olub. "Spartak”dan icarəyə götürülən azərbaycanlı futbolçu matçın yeganə qoluna imza atıb.
Qeyd edək ki, Rusiyanın bütün aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Ayazın Azərbaycan millisinə çağırılması istisna deyil.
Fanat.Az