Dünya və olimpiya rekordçusu Usayn Bolt rəmsən futbolçu olub. Fanat.Az xəbər verir ki, atletika karyerasını bitirən yamaykalı idmançı bir futbol klubu ilə müqavilə bağladığını açıqlayıb.
"Bir futbol klubu ilə müqavilə imzaladım. 27 fevralda həmin klubun adını açıqlayacam" deyə Bolt "Twitter"də yazıb.
Bolt bu açıqlamanı yaydığı vaxtda "Twitter"dən "Mançester Yunayted"i dəstəkləyən sözlər yazması da diqqəti çəkib. Onunla bağlı həmçinin "Borussiya" (Dortmund) iddiaları da var.
Fanat.Az