Türkiyə Kubokunda ikinci yarımfinal cütünün ilk görüşü keçirilib. Fanat.Az xəbər verir ki, İstanbul derbisində "Beşiktaş”la "Fənərbaxça” qarşılaşıb.
Birincilərin meydanında baş tutan görüşdə qalib müəyyənləşməyib. Gərgin mübarizə, qalmaqal və qırmızı vərəqələrlə yadda qalan oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Hakimin əsas vaxta 10 dəqiqə əlavə etdiyi oyunda "Fənərbaxça” matçı 9, "Beşiktaş” isə 10 nəfərlə başa vurub.
"Beşiktaş"ın qollarına Neqredo və Talişka, "Fənərbaxça"nın qollarına Soldado və Şənər imza atıb. "Beşiktaş"dan Kuarejma, "Fənərbaxça"dan isə Alper və Volkan meydandan qovulub.
Fanat.Az