İngiltərə Premyer Liqasının XXVIII turunda "Arsenal" - "Mançester Siti" oyunu baş tutub. Fanat.Az xəbər verir ki, London klubu çempionatın liderinə bir həftə ərzində ikiinci dəfə 0:3 hesabı ilə yenilib.
"Mançester Siti" bütün qolları ilk yarıda vurub. 15-ci dəqiqədə Bernardo Silva, 28-ci dəqiqədə David Silva, 33-cü dəqiqədə Leroy Sane fərqlənib.
Qeyd edək ki, "Mançester Siti" 75 xalla turnir cədvəlinə başçılıq edir və "Mançester Yunayted"i 16 xalla qabaqlayır. "Arsenal" isə 45 xalla 6-cı pilləni tutur.
Fanat.Az