Türkiyənin həvəskarlar liqasının "Malatya İdman Yurdu" - "Erkenek Hürriyetspor" matçında maraqlı hadisələr baş verib.
Fanat.Az xəbər verir ki, meydan sahibləri 55-ci dəqiqəyədək 19:0 hesablı üstünlük yaradıb. Matçın hakimi Murat Gezer isə futbol tarixində görünməmiş qərara imza ataraq, iki komandanın da razılığını alaraq hesabın daha da artmaması üçün qarşılaşmanı 60-cı dəqiqədə bitirib.
Fanat.Az