Çempionlar Liqası və Avropa Liqasının formatında önəmli dəyişikliklər edən UEFA yeni və dünya miqayaslı layihəni həyata keçirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Avropa futbol qurumu Millətlər Liqasına bənzəyən daha bir turnir keçirmək istəyir. Qlobal Beynəlxalq Liqa adlandırılacaq yarışda təkcə Avropa yox, dünyanın hər yerindən milli komandaların iştirakı planlaşdırılır. Bir növ kiçik dünya çempionatı olacaq yarışın iki ildənbir keçirilməsi nəzərdə tutulub.
UEFA rəsmiləri Almaniya mediasına açıqlamalarında yeni turnirlə bağlı hazırlıqların başladığını təsdiq ediblər. Seçmə məhələsinin 2020-ci ildə keçirilməsi planlaşdırılan yarışın ilk finalı 2021-ci ilə təsadüf edəcək. Mütəxəssislərin fikrincə, UEFA-nın bu addımı FIFA-ya meydan oxumaqdı.
Fanat.Az