Zlatan İbrahimoviç mövsümün sonunda "Mançester Yunayted"dən gedəcək. Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Portuqaliyalı mütəxəssis bildirib ki, isveçli ulduz böyük ehtimalla başqa kluba keçəcək: "Hamımız bu mövsümün İbrahimoviç üçün "Mançester Yunayted"də sonunca olduğunu düşünürük. Bundan sonra karyerasını davam etdirib-etdirməyəcəyini bilmirəm. Bunun onun şəxsi qərarıdı. Amma məncə başqa kluba keçəcək".
Mourinyo həmçinin İbrahimoviçin zədəli olmadığını, amma komandaya xeyir verəcək vəziyyətdə də olmadığını bildirib.
Qeyd edək ki, İbrahimoviç 2016-cı ilin yayında PSJ-dən "Mançester Yunayted"ə keçib. Dizindən ağır zədə alan və uzun müddət yaşıl meydanlardan kənarda qalan isevçli ulduzla mövsümün əvvəlində yeni müqavilə imzalanıb. O, İngiltərə klubunun heyətində keçirdiyi 53 oyunda 28 qol vurub.
Fanat.Az