"Milan"ının baş məşqçisi Cennaro Qattuzo yetirmələrininoyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, futbolçu kimi şərəfini qoruduğu klubun əsas komandasını çalışdıran gənc mütəxəssis belə deyib: "Biz Bred Pitt deyilik. Mənim saqqalım kimi eybəcər qalmalıyıq".
Qeyd edək ki, "Milan" Qattuzonun rəhbərliyi altında parlaq futbol sərgiləməsə də, ardıcıl 13 oyunda yenilgi görməyib. Eyni adlı şəhərin təmsilçisi Avropa Liqasında 1/8 finala, İtaliya Kubokunda finala vəsiqə qazanıb.
Fanat.Az