Yetirməsi olduğu "Barselona"dan başqa indiyədək heç bir klubda oynamayan Andres İnyesta ilə bağlı yeni xəbərlər yayılıb. Fanat.Az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacağı deyilən kapitanın "Mançester Siti"yə keçə biləcəyi deyilir.
"Daily Mirror"un məlumatına görə, Pep Qvardiola "Barselona"da rəhbərliyi altında oynamış 33 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Çindən aldığı astronomik məbləğli təkliflərdən imtina edən İnyestanın bu təklifə hansı cavabı verəcəyi bilinmir.
Fanat.Az