Yunanıstan polisi PAOK-un rusiyalı sahibi İvan Savvidinin həbsi üçün order verib.
Fanat.Az-ın "Frans Press”ə istinadən məlumatına görə, bazar günü Salonikidə baş tutan PAOK - AEK oyununun 90-cı dəqiqəsində referi Giorqos Kominos meydan sahiblərinin vurduğu qolu qeydə almayıb. Savvidi və klubun digər əməkdaşları hakimin qərarına etiraz edərək meydana çıxıb. Üstündə tapança olan başqanın hədəsi hakimin qərarını dəyişməsiylə nəticələnsə də, özünü itirən fit sahibi AEK-in futbolçularını oyunu tamamlamağa məcbur edə bilməyib. Qonaqlar Savvidinin silahlı həmləsini əsas gətirərək təhlükəsizlik naminə matçı sonadək oynamamağa qərar veriblər. Ardından isə rusiyalı klub sahibinin referiylə yanaşı, AEK-in direktoru Vasilias Dimitriadisə də hücum çəkdiyini bildirərək şikayət ediblər.
Qeyd edək ki, Savvididən başqa daha 4 nəfər həbs ediləcək.
Fanat.Az