UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Barselona” – "Çelsi” oyununu idarə edəcək hakimlər briqadasının adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, martın 14-də "Kamp Nou”da keçiriləcək görüşdə ədaləti sloveniyalılar qoruyacaq. Referi Damir Skominaya laynsmanlar - Yure Praprotnik və Robert Vukan yardım edəcək. Dördüncü hakim funksiyasını isə Tomaj Klançnik yerinə yetirəcək.
Xatırladaq ki, Londondakı ilk oyun 1:1 hesabıyla bitib.
Fanat.Az