"Qarabağ”dan ayrılandan sonra braziliyalı futbolçu Reynaldonun işləri heç də qaydasında getmir.
Fanat.Az xəbər verir ki, fevralın son günündə Qazaxıstan klubu "Aktöbe” ilə anlaşan Reynaldo yenidən klubsuz qala bilər. "Aktöbe”nin maddi problemlər üzündən keçmiş futbolçularına xeyli borcu var. Həmin borclar ödənmədiyinə görə FİFA yeni transferlərin rəsmiləşdirilməsinə icazə vermir.
Bu səbəbdən də "Aktöbe” Qazaxıstan Premyer Liqasının ilk turunda "Kaysar”la oyuna əvəzedicilərdən və ötən mövsümdən qalan yerli futbolçulardan qurulmuş heyətlə çıxıb. Qarşılaşma "Aktöbe”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Yaxın günlərdə problem həllini tapmasa "Aktöbe” müflis elan olunacaq və fəaliyyətinə son qoyacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol