"Mançester Siti”nin qapıçısı Klaudio Bravo Çili millisində oynamaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə qolkiper BBC-yə danışıb. Bravo milliyə çağrıldığı üçün çox təəssüfləndiyini və bundan sonra boş vaxtlarını ailəsinə həsr etmək istədiyini söyləyib. 34 yaşlı əlcək sahibi yığma komandanın nəticələri ilə maraqlanmadığını da vurğulayıb.
Fanat.Az