Rusiyalı milyarder Dmitri Rıbolovlev İtaliyanın "Milan" klubunu satın almaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Dmitri Rıbolovlev "Monako" klubunun sahibidi. O, "Milan"ı ala bilsə, knyazlıq klubunun səhmlərini sata bilər. Rusiyalı milyarder hazırda İtaliya klubunun maliyyə vəziyyətini izləyir.
Qeyd edək ki, "Milan"ın hazırkı sahibi Li Yonqhonq klubun səhmlərinin 99.9 faizini 2017-ci ildə Silvio Berluskonidən 740 milyon avroya satın alıb.
Fanat.Az