"Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiçin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, isveçrəli hücumçu Qazaxıstan "Şaxtyor”u ilə müqavilə bağlayıb.
Bu barədə Karaqanda təmsilçisinin saytı xəbər yayıb. 29 yaşlı forvardın müqaviləsinin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Subotiç iki dəfə "Qəbələ"də çıxış edib. İlk dəfə 2013-cü ildə "Voln"dan ölkəmizə gələn hücumçu 2013/14 mövsümündə 35 rəsmi oyuna çıxaraq 13 qol vurub. "Qəbələ"dən ayrılaraq Qətərin "Qadsiya" və Moldovanın "Şerif" klublarında çıxış edən Subotiç 2016/17 mövsümündə yenidən "qırmızı-qara" formanı geyinib. Bu dəfə 13 rəsmi oyuna çıxaraq 6 qola imza atıb. Son olaraq isə Cənubi Koreyanın "Ulsan" klubunda oynayıb.
Fanat.Az