PSJ yarımmüdafiəçisi Hatem Ben Arfa ilə iş birliyinə son verib.
Fanat.Az xəbər verir ki, xəbəri orta xətt oyunçusu sosial şəbəkə vasitəsi ilə özü yayıb.
O, tvitter səhifəsində paytaxt təmsilçisindən ayrıldığını yazıb: "PSJ macərasının sonu gəldi. Çətin dönəmlərə baxmayaraq, bu formanı geyindiyim üçün xoşbəxtəm. Gözəl xatirələri həmişə beynimdə gəzdirəcəm. Bütün azarkeşlərə təşəkkür edirəm. Bu klubu hər zaman sevəcəm”.
Fanat.Az