UEFA-nın eks-prezidenti Mişel Platini Avropa futbol qurumundan gedişinin öncədən planlaşdırıldığını bəyan edib.
Fanat.Az "Marianne.net”ə istinadən xəbər verir ki, sabiq başqan belə deyib:"Məni dörd il futboldan uzaq qoydular. Çünki prezident olmamağım əvvəldən razılaşdırılmışdı. Məqsədləri var idi. İşləməyimə mane olan klounlar kimdi? Bu hüququ onlara kim verib? FiFA və CAS-ın hakimləri həqiqi deyillər. Onlarla hüquqi müstəvidə mübarizəyə başlamışam. Buna isə vaxt lazımdı. Məni çirkli pulların "yuyulması”nda, korrupsionerlikdə ittiham etdilər. İttihamlar isə əsassız çıxdı. Başladığım işi sona çatdıracam”.
Xatırladaq ki, 2015-ci ilin payızında İsveçrənin federal hüquq bürosu sabiq FİFA başqanı Yozef Blatteri Platiniyə qanunsuz 2 milyon İsveçrə frankı köçürməkdə şübhəli bilərək iş açmışdı. 2015-ci ilin 21 dekabrında isə FİFA-nın arbitraj palatası Blatterlə Platinini 8 il müddətinə futboldan kənarlaşdırmışdı. Lakin müddət başa çatmadan FİFA qərarı ləğv etdi.
Fanat.Az