"Tottenhem" İngiltərə Premyer Liqasının XXXII turunda "Çelsi" üzərində qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən görüş 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. "Tottenhem"in heyətində Dele Alli dubl edib, Kristien Eriksen bir qol vurub. "Çelsi"nin yeganə qoluna isə Alvaro Morata imza atıb.
"Tottenhem" bu qələbə sayəsində xallarının sayını 64-ə çatdırıb və hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. "Çelsi" 56 xalla beşincidi.
Bununla da "Tottenhem” "Çelsi" ilə səfər oyunlarındakı 28 illik həsrətə son qoyub. Belə ki, komanda sonuncu dəfə rəqib meydanında 1990-cı ildə qalib gəlmişdi. 28 il əvvəl fevralın 10-da "Çelsi” öz meydanında 1:2 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan müxtəlif turnirlərdə baş tutan 30 qarşılaşmada "Tottenhem” qalib gəlməmişdi.
Fanat.Az