2005-ci ildə "Əl-İttihad" futbol klubunun baş məşqçisini qəsdən öldürməkdə günahlandırılan Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Əs-Sədi Qəddafi bəraət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə Liviya Ədliyyə Nazirliyinin "Facebook" hesabı məlumat yayıb. Bildirilir ki, Trablus Məhkəməsi Qəddafinin günahsızlığına qərar verib.
Əvəzində məhkəmə Sədiyə spirtli içki saxlamaq və içmək ittihamı ilə 1 həbs cəzası verib və 376 dollar cərimə kəsib.
Fanat.Az