Avropa Liqasının 1/4 final mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, "Latsio" ötən gün "Zalsburq"u qəbul edib.
Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Latsio"nun heyətində Senad Luliç, Marko Parolo, Felipe Anderson və Siro İmmobile fərqlənib. "Zalsburq"un qollarına isə Valon Berişa və Takumi Minamino imza atıb.
Fanat.Az