Almaniya Bundesliqasında bu mövsümün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Bavariya" 29-cu turda "Auqsburq"a 4:1 hesabı ilə qalib gələrək çempionatın bitməsinə 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Münhen klubu bu qələbə ilə ən yaxın izləyici "Şalke" ilə xal fərqini 17-ə yüksəldib.
Beləliklə, "Bavariya" tarixində arıdıcıl 6-cı, ümumilikdə 28-ci dəfə ölkə çempionu olub.
Qeyd edək ki, "Bavriya"nın hazırda 69 xalı var.
Fanat.Az