"Mançester Yunayted" Neymarı heyətinə qatmaq üçün hərəkətə keçib. Fanat.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Qəzet mançesterlilərin PSJ-yə edəcəyi təklifin detallarını öyrənə bilib. İddialara görə, "Mançester Yunayted" Fransa klubuna 2016-cı ilin yayında "Yuventus"dan 105 milyon avroya aldığı Paul Poqba və 2015-ci ildə "Monako"dan 60 milyon avroya transfer etdiyi Antoni Martialla yanaşı, 70 milyon avro təklif edəcək.
Qeyd edək ki, PSJ Neymarı ötən yay "Barselona"dan 222 milyon avroya alıb.
Fanat.Az