PSJ transfer rekordunu yenidən qırmaq istəyir. Fanat.Az xəbər verir ki, ötən yay Neymarı 222 milyon avroya heyətinə qataraq tarixin ən bahalı transferini gerçəkləşdirən Paris klubunun bu dəfəki hədəfəi Məhəmməd Salahdı.
Bu mövsüm "Liverpul"da sərgilədiyi oyunla bütün dünyanın diqqətini üzərinə çəkən misirli ulduz üçün PSJ-nin "Liverpul"a təklif etdiyi məbləğ də bəllidi. İddialara görə, klubun qətərli sahibi İngiltərə klubuna 230 milyon avro təklif edir. Bu transfer baş tutsa, Neymarın rekordu qırılmış olacaq.
Qeyd edək ki, "Liverpul" ötən yay Salahı "Roma"dan 42 milyon avroya alıb. O, İngiltərə klubunun heyətində meydana çıxdığı 43 qarşılaşmada 38 qol vurub və 13 məhsuldar ötürmə edib. Misirli ulduz Premyer Liqada vurduğu 29 qolla bombardirlər yarışına başçılıq edir.
Fanat.Az