"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, İngilətərə klubu ispaniyalı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır.
"Sunday Mirror"un məlumatına görə, "şəhərlilər" Qvardiolaya illik 20 milyon funt-sterlinq (təxminən 23 milyon avro) maaş vermək niyytindədi. Bununla da o, dünyanın ən çox qazanan məşqçisi olacaq. Mütəxəssisin mövcud müqaviləsi 2020-ci ildə başa çatacaq.
Fanat.Az