"Mançester Yunayted"də bir müddətdi forma şansı qazanmayan Markus Raşford komandadan getmək istəyir.
Fanat.Az "Daily Mirror"a istinadən xəbər verir ki, Joze Mourinyo baş məşqçi postunda qalacağı halda 20 yaşlı forvard yayda komandanı tərk edəcək.
Qeyd edək ki, Markus Raşford "Mançester Yunayted"in yetirməsidi. "Transfermarkt"ın 50 milyon avro qiymət qoyduğu 20 yaşlı hücumçu cari mövsümdə keçirdiyi 44 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fanat.Az